29 Aprel 2024
Avropa Komissiyası koronavirusun müalicəsi üçün daha iki dərmanı təsdiqlədi

Avropa Komissiyası koronavirusun müalicəsi üçün daha iki dərmanı təsdiqlədi

12 Noyabr 2021
Baxış: 672

Avropa Komissiyası koronavirusun yaratdığı xəstəliyin müalicəsi üçün "Ronapreve" və "Regkirona" dərmanlarını təsdiqləyib.

AJMEDİ.İNFO xəbər verir ki, bu barədə Avropa Dərman Agentliyi (EMA) məlumat yayıb.

Məlumata görə, Komissiya noyabrın 12-də bu dərmanlar üçün marketinq icazəsi verib.

Almaniyanın "Roche" şirkəti tərəfindən istehsal olunan "Ronapreve" oksigen dəstəyinə ehtiyacı olmayan xəstələr üçün tövsiyə olunur.

"Regkirona" preparatı isə Macarıstanın "Celltrion" şirkəti tərəfindən istehsal olunub və koronavirus infeksiyası nəticəsində xəstəliyin ağır gedişi riski olan insanlar üçün nəzərdə tutulub.