29 Aprel 2024
"Artıq vədlərə inanmırıq, İsraildən öyrənməliyik" - Dmitri Kuleba

"Artıq vədlərə inanmırıq, İsraildən öyrənməliyik" - Dmitri Kuleba

16 Sentyabr 2021
Baxış: 683

Ukrayna Qərbin yerinə yetirilməyən vədlərindən məyus olub və yalnız özünə güvənir - ordusuna, diplomatiyasına və xalqına.

AJMEDİA.İNFO axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edib.

"Bu ölkə Qərbin vədlərinin iflasa uğrayacağını göstərən bir çox acı dərslər aldı. Biz vədlərə inanmırıq", - Kuleba söyləyib.

XİN başçısı Ukraynanın çevik bir hərbi dövlət olmağı İsraildən öyrənməli olduğuna inandığını vurğulayıb:

"Vəziyyətlər bizə bir seçim qoymur. Ordu, diplomatiya və Ukrayna xalqı yaşamaq üçün lazım olan hər şeydir".