29 Aprel 2024
“Arsenal”dan “Fiorentina”ya maraqlı təklif

“Arsenal”dan “Fiorentina”ya maraqlı təklif

04 Yanvar 2022
Baxış: 474

İngiltərənin “Arsenal” futbol klubu İtaliyanın “Fiorentina” komandasının hücumçusu Duşan Vlaxoviçi almaq istəyir.

AJMEDİA.İNFO xəbər verir ki,London klubu serb hücumçu üçün 55+15 milyon avro təklif edib.

“Topçular” 55 milyon avro nağd ödəməyə hazırdır və klub “Fiorentina”ya yarımmüdafiəçi Lukas Toreyranı verməklə daha 15 milyon avronu ödəmək istəyir.

Xatırladaq ki, uruqvaylı italyan klubunda icarə əsasında çıxış edir, klublar arasında müqavilədə oyunçunun 15 milyon avroya alınması variantı yazılıb. “Fiorentina”nın Lukas Toreyranı almaq istədiyi bildirilir.

“Fiorentina” Duşan Vlaxoviçi yanvarda buraxmayacaq, lakin “Arsenal” futbolçunun yay transferi şərtləri ilə bağlı İtaliya klubu ilə razılığa gəlmək istəyir.