08 May 2024
Araik Arutyunyan Ağdamın Sırxavənd kəndinə təzə ERMƏNİ "MER SEÇDİRDİ"

Araik Arutyunyan Ağdamın Sırxavənd kəndinə təzə ERMƏNİ "MER SEÇDİRDİ"

12 Oktyabr 2021
Baxış: 628

Azərbaycan Respublikasının Rusiyanın sülhməramlı hərbi kontingentinin qalan torpaqlarındakı Ermənistana bağlı separatçı-terrorçu rejimin faktiki nəzarətində olan Qarabağ torpaqlarında növbəti qanunsuz “seçki” keçirilib.

AJMEDİA.İNFO xəbər verir ki, “Armenpres”in yaydığı məlumata görə, oktyabrın 10-da Ağdam rayonunun “Nor-Qazançi” adlandırılmış Sırxavənd, Xocalı rayonunun Xaçmaç, “Tsaxkşat” adlandırılmış Qışlaq və Xocavənd rayonunun “Herher” adlandırılmış Qarqar kəndlərində “yerli orqanlar”a “seçki”lər keçirilib.

Guya “seçici”lərin 59,2 faizinin iştirak etdiyi qondarma “seçki”lərdə adı çəkilən kəndlərə təzə “mer” seçilib.(Moderator.az)