28 Aprel 2024
“Apple” şirkəti Rusiya Müdafiə Nazirliyinin adını "Faşizm Nazirliyi" YAZDI - FOTO

“Apple” şirkəti Rusiya Müdafiə Nazirliyinin adını "Faşizm Nazirliyi" YAZDI - FOTO

05 Mart 2022
Baxış: 451

Rusiya Müdafiə Nazirliyi “Apple” şirkətinə tələblə müraciət edib.

AJMEDİA.İNFO Konkret.az-a istinadən xəbər verir ki, Roskomnadzor (RKN) “Apple”dan “Apple Maps” xidmətinin xəritələrində Rusiya Müdafiə Nazirliyinin adını dərhal dəyişməyi tələb edib. Belə ki, xəritədə Rusiya Federasiyasının adı “Rusiya Federasiyasının Faşizm Nazirliyi” yazılıb.

Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Apple” şirkətinə adının “Rusiya Federasiyasının Faşizm Nazirliyi”ndən Maps tətbiqində əvvəlkinə dəyişdirilməsi tələbi ilə müraciət edib.

Hazırda Rusiyada ölkənin Müdafiə Nazirliyinin adı düzgün göstərilir. Lakin digər dövlətlərdıə Apple Rusiya hərbi idarəsinin təhqiredici adını dəyişməyib.