29 Aprel 2024
Angela Merkel əhalini ehtiyatlı olmağa çağırır

Angela Merkel əhalini ehtiyatlı olmağa çağırır

12 May 2020
Baxış: 386

Almaniya “pandemiyanın yeni mərhələsinə” yumşaq məhdudiyyətlərlə daxil olur.

AJM xəbər verir ki, bu barədə AFR-in Federal Kansleri Angela Merkel bəyan edib. Bununla yanaşı, o, vətəndaşları sosial məsafə saxlamağa və gigiyena qaydalarına əməl etməyə çağırıb. “Vətəndaşlar virusun yeni növünün yayılmasının qarşısını almaq üçün əsas tələblərə uyğun hərəkət etməlidir”, - deyə kansler bildirib.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlərin yumşaldılması ilə yanaşı, hökumət insanların həqiqətən də distansiyaya əməl edəcəyinə, ağız və burunlarını örtəcəyinə əmin olmalıdır. “Bu çox vacib haldır”, – deyə Angela Merkel vurğulayıb.