29 Aprel 2024
Amerikanın hərbi gəmisi Qara dəniz sularına daxil oldu
Amerikanın hərbi gəmisi Qara dəniz sularına daxil oldu
Amerikanın hərbi gəmisi Qara dəniz sularına daxil oldu

Amerikanın hərbi gəmisi Qara dəniz sularına daxil oldu

21 Mart 2021
Baxış: 1882

Amerikan raket esminesi Arleigh Burke tipli, USS Thomas Hudner (DDG-116) hərbi gəmisi Qara dənizə sularına daxil olub. Bu, son gündə NATO-nun Qara dəniz sahəsinə girən ikinci hərbi gəmisidir.

Altıncı əməliyyat donanması, dənizdə təhlükəsizliyi təmin etmək üçün əməliyyatlar üçün gəminin Qara dənizə göndərildiyini məlumat verib.

Gəmi, Ruminiya sahillərində keçirilən, Beynəlxalq Dəniz Qalxani 21 adlı təlimlərində iştirak edən NATO qruplaşmasına qoşulacaq.

Bu, son 24 saat ərzində Qara dəniz su bölgəsinə keçən ABŞ Hərbi Dəniz Qüvvələrinin ikinci döyüş gəmisidir. 19 Mart Cümə günü, ən azı 26 Tomahawt raketi ilə təchiz edilmiş, ABŞ Hərbi Dəniz Qüvvələrinin raket kreyseri Monterey adlı gəmisidə daxil olmuşdur.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin milli mərkəzindən, Rusiya hərbçilərinin Amerika kreyserini müçahidə edilməsi barədə məlumat verib.