29 Aprel 2024
Amerika Yəhudi Komitəsi Çilinin İsraili boykot cəhdindən narahatdır - FOTO
Amerika Yəhudi Komitəsi Çilinin İsraili boykot cəhdindən narahatdır - FOTO

Amerika Yəhudi Komitəsi Çilinin İsraili boykot cəhdindən narahatdır - FOTO

03 İyun 2021
Baxış: 615

Yəhudilərin və İsrailin xeyrinə dünya miqyasında təşkilatlara sahib yəhudi komitələrinin Amerika qolu olan Amerika Yəhudi Komitəsi (AJC) Çili Nümayəndələr Palatasının atdığı addımla əlaqədar "Tvitter" hesabında mesaj yayınlayıb.

AJMEDİA.info xəbər verir ki, İsrail-Fələstin müharibəsindən sonra Çili Nümayəndələr Palatası İsraili boykot etməyə cəhd edib.

Yaranmış qorxu və narahatlıqlarını ifadə edən komitənin mesajında "Amerika Yəhudi Komitəsi Çili Nümayəndələr Palatasının İsraili boykot etmək cəhdindən çox narahatdır. Bu qanun yerli yəhudi icması və Çili-İsrail münasibətləri üçün təhlükə yaradır.

Biz Çili Yəhudi Komitəsinin yanındayıq və Çili hökumətini ehtiyatla davranmağa çağırırıq", - qeyd olunub.