29 Aprel 2024
Amerika İmperiyası dağılsa, Dünya müharibəsi olacaq!

Amerika İmperiyası dağılsa, Dünya müharibəsi olacaq!

28 Avqust 2021
Baxış: 837

The Economist” nəşri, Amerika imperiyasının dağılması ilə əlaqədar proqnoz verib. Proqnoza görə bu zaman dünyada böyük müharibə olacağı gözlənilir.

“The Economist”in məqalə yazarı Neyl Ferqyuson ABŞ-ın dünyada hökmranlığının süqutunun böyük müharibəyə səbəb olacağını proqnozlaşdırıb.

Onun fikrincə, ABŞ 20-ci əsrin birinci yarısında tənəzzülə uğrayan Britaniya İmperiyasının yolunu təkrarlayır. Economist yazarı qeyd edir ki, bunu onun xarici siyasətindəki addımları - ordunun Əfqanıstandan tamamilə çıxarılması və ABŞ-ın iqtisadi tənəzzülü sübut edir.

Amerikanın bir vaxtlar İngiltərənin sahib olduğu qədər geniş müstəmləkələri yoxdur, amma dünyanın150-dən çox ölkəsində Amerika qoşunları var.

"Bu miqyasda böyük bir qlobal məsuliyyəti daşımaq asan deyil. Ancaq bundan qurtulmağın daha asan olacağına inanmaq da xülyadır", - Ferqyuson qeyd edib.

O əmindir ki, Amerika hegemonluğunun tənəzzülü və Çinin böyük dünya gücü olaraq yüksəlməsi iki dövləti Şərqi Asiyada qaçılmaz olacaq toqquşmaya aparacaq. Bu bölgədəki güc balansının dəyişməsi səbəbindən Tayvana nəzarət uğrunda Pekin və Vaşinqton arasında ciddi hərbi münaqişə başlayacaq. Bu, ABŞ-ı "dəhşətli" seçim qarşısında qoyacaq: ya çağırışı qəbul edib, uzun və çətin silahlı qarşıdurmaya girməli (1914 və 1939-cu illərdə Britaniya İmperiyası kimi), ya da Çinə güzəştə getməlidir, - Ferqyuson yekun olaraq qeyd edib. (Azerforum)