28 Aprel 2024
Allahşükür Paşazadə bayram namazında niyə İŞTİRAK ETMƏYƏCƏK? - ƏSL SƏBƏBİ BİLİNDİ

Allahşükür Paşazadə bayram namazında niyə İŞTİRAK ETMƏYƏCƏK? - ƏSL SƏBƏBİ BİLİNDİ

29 Aprel 2022
Baxış: 1116

Mayın 2-də Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınacaq.

AJMEDİA.İNFO Report-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazında iştirak etməyəcəyi gözlənilir. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.

Qeyd edək ki, Əjdərbəy məscidi və ya Göy məscid kimi şəhərin əsas məscidlərində bayram namazı mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq. Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar.

Azərbaycanda Ramazan bayramı mayın 2-si və 3-də qeyd ediləcək.