29 Aprel 2024
Aİ Xarici İşlər nazirləri Belarusa qarşı sanksiyaları müzakirə edəcək

Aİ Xarici İşlər nazirləri Belarusa qarşı sanksiyaları müzakirə edəcək

25 Avqust 2020
Baxış: 1240

Avropa İttifaqına (Aİ) üzv ölkələrin Xarici İşlər nazirləri Belarusa qarşı sanksiyaları müzakirə edəcək.

AJM-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmid deyib.

"Aİ-nin sanksiyaları ilə bağlı iş davam edir. Aİ Xarici İşlər nazirləri avqustun 27-28-də Berlində keçiriləcək qeyri-formal görüşdə Belarusa qarşı sanksiyaların tətbiqini müzakirə edəcək", - deyə avropalı diplomat bildirib.

Xatırladaq ki, daha əvvəl Aİ Şurasının Prezidenti Şalr Mişel Aİ-nin Belarusda zorakılıq və seçki saxtakarlığına görə məsuliyyət daşıyan bir çox şəxsə qarşı sanksiya tətbiq etməyi planlaşdırdığını bəyan etmişdi.

Teqlər: