28 Aprel 2024
“Aİ-92” markalı benzinin QİYMƏTİ UCUZLAŞDI

“Aİ-92” markalı benzinin QİYMƏTİ UCUZLAŞDI

18 Oktyabr 2021
Baxış: 1198

“Aİ-92” benzinin bir tonunun qiyməti son 24 saatda 1,1% ucuzlaşaraq 769 ABŞ dolları olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Sankt-Peterburq Beynəlxalq Əmtəə və Xammal Birjasının (SPIMEX) məlumatlarında qeyd olunub.

Məlumata görə, birjada benzin ucuzlaşmağa davam edir. “Aİ-95” benzininin bir tonunun dəyəri 1,6% azalaraq 798 ABŞ dolları təşkil edib. Dizel yanacağının bir tonunun qiyməti isə 0,1% ucuzlaşaraq 719 ABŞ dolları olub.(Margin.az)