27 Aprel 2024
Ağalarovun “Crocus City“si bankda girov imiş - YENİ DETALLAR

Ağalarovun “Crocus City“si bankda girov imiş - YENİ DETALLAR

27 Mart 2024
Baxış: 250

22 martda terror aktı nəticəsində bir hissəsi yanmış “Crocus City Hall”ın bankda girov qoyulduğu məlum olub.

AJMEDİA.İNFO Bakupost.az-a istinadən xəbər verir ki, əmlak “Qazprombank”da kredit müqabilində girovdur.

Belə ki, Dövlət Reyestirində 38 min kv. metrlik, 20 saylı bina 2023-cü ilin noyabrında ipoteka müqaviləsi əsasında banka girov qoyulub.

Məsələ ilə bağlı “Crocus Group” və “Qazprombank” açıqlama verməkdən imtina edib.

“Crocus City Hall” İnqosstrax şirkəti tərəfindən sığortalanıb, lakin sığortalanan məbləğ terror aktında vurulan zərərdən qat-qat aşağıdır.