27 Aprel 2024
ABŞ Zelenskiyə TƏZYİQ EDİR: "Putinlə masaya otur və müharibəni bitir"

ABŞ Zelenskiyə TƏZYİQ EDİR: "Putinlə masaya otur və müharibəni bitir"

07 Noyabr 2022
Baxış: 393

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov və həmkarı Nikolay Patruşevlə görüşüb.

AJMEDİA.İNFO bildirir ki, bu barədə “Wall Street Journal” (WSJ) ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

"WSJ" gizli görüşün Ukraynada nüvə silahından istifadəyə qarşı xəbərdarlıq etmək və davam edən münaqişələrin eskalasiya riskini azaltmaq üçün keçirildiyini vurğulayıb.

Qəzetə danışan ABŞ rəsmiləri Ağ Evin bu danışıqlara ümidli olmadığını bildirib. Eyni mənbələr pessimist mənzərəyə baxmayaraq, Rusiya ilə əlaqə kanalının yaradılmasının vacibliyinə də diqqət çəkiblər. Digər tərəfdən “Washington Post” ABŞ-ın Rusiya ilə görüş keçirməsi üçün Ukraynaya təzyiq etdiyini yazıb.

Qəzet adı açıqlanmayan mənbələrə istinad edərək, ABŞ rəsmilərinin tələbinin Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımadığını vurğulayıb. Sözügedən mənbələrə görə, ABŞ Zelenskiyə təzyiq edir ki, nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanı ləğv etsin və müharibəni bitirsin.(sfera.az)