28 Aprel 2024
ABŞ yeni strateji bombardmançını TƏQDİM ETDİ - VİDEO

ABŞ yeni strateji bombardmançını TƏQDİM ETDİ - VİDEO

03 Dekabr 2022
Baxış: 383

ABŞ nüvə silahı daşıya bilən yeni nəsil B-21 Raider strateji bombardmançı təyyarəsini təqdim edib.

Mərasim Northrop Grummanın Kaliforniya ştatının Palmdale şəhərindəki zavodunda baş tutub.

Yeni təyyarə "stels" kamuflyaj texnologiyası ilə təchiz edilib. Bildirilib ki, bu, dünyada ilk altıncı nəsil bombardmançıdır. O, həm adi, həm də nüvə silahlarında sursat daşıya bilir. Təyyarə həmçinin bulud texnologiyaları ilə işləyir ki, bu da döyüş tapşırıqlarının yerinə yetirilməsinə nəzarət etmək üçün onun “rəqəmsal əkizini” yaratmağa imkan verir.
Təqdim olunan təyyarə İkinci Dünya Müharibəsi zamanı Pearl Harbora hücuma cavab olaraq ABŞ Hərbi Hava Qüvvələrinin Yaponiyada bombardman əməliyyatına komandanlıq etmiş polkovnik-leytenant Ceyms Dulitl (1896-1993) adını daşıyır.

Bizim.Media