28 Aprel 2024
ABŞ və İsrail səfiri Qırmızı qəsəbəyə SƏFƏR ETDİLƏR

ABŞ və İsrail səfiri Qırmızı qəsəbəyə SƏFƏR ETDİLƏR

01 Oktyabr 2021
Baxış: 714

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və İsrailin respublikamızdakı səfiri Corc Dik Qubada yerləşən, dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə səfər ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyindən məlumat verilib.

Bildirilib ki, “Dağ Yəhudiləri” muzeyinin direktoru İqor Şaulovun keçirdiyi tur zamanı səfir Litzenberger dağ yəhudilərinin mədəni əhəmiyyəti və tarixi ilə tanış olub, bölgənin, o cümlədən mədəni irsin qorunması, turizmin daha da inkişaf etdirilməsi üçün ABŞ-nın İsrail və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə edib.