29 Aprel 2024
ABŞ Tayvana “Javelin” və “Stinger” komplekslərini pulsuz verəcək

ABŞ Tayvana “Javelin” və “Stinger” komplekslərini pulsuz verəcək

20 May 2023
Baxış: 461

Birləşmiş Ştatlar qrant paketinin bir hissəsi kimi təcili olaraq Tayvana “Stinger” portativ hava hücumundan müdafiə sistemlərini tədarük etməyi planlaşdırır.

Bu barədə məlumatlı mənbəyə istinadən “South China Morning Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, Pentaqon adaya “Javeli”n və “TOW 2B Aero” tank əleyhinə raket sistemlərini də verəcək. Nəşrin həmsöhbətinin fikrincə, belə silahlar Tayvana “kommunist qüvvələrə qarşı mübarizədə asimmetrik imkanları” gücləndirməyə imkan verəcək.

Komplekslərin çatdırılma tarixləri Vaşinqton tərəfindən daha sonra elan ediləcək.

Teqlər: