28 Aprel 2024
ABŞ İsrail-Fələstin qarşıdurmasını dayandırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ

ABŞ İsrail-Fələstin qarşıdurmasını dayandırmaq üçün HƏRƏKƏTƏ KEÇDİ

18 May 2021
Baxış: 602

ABŞ Dövlət katibi Entoni Blinken İsrail-Fələstin münaqişəsinə dair İsrail, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər nazirləri və Avropa Birliyinin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə təmsilçisi Josef Borrellə müzakirələr aparıb.

AJMEDİA.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prike yazılı açıqlama verib.

Yazılı açıqlamada qeyd edilir ki, Entoni Blinken İsrail xarici işlər naziri Qabi Aşkenzi ilə görüşündə ABŞ-ın uşaqlar daxil olmaqla həm İsrail, həm də fələstinli mülki insanların həyatlarının itirdiyi zorakılığı dayandırmaq məsələsini müzakirə edib.

AB-nin ali nümayəndəsi Jozef Borrell ilə görüşə dair açıqlamada isə qeyd edilib ki, İsrail və Fələstin arasında davam edən hərbi münaqişəni dayandırmaq üçün ABŞ-AB-nin ortaq cəhdləri müzakirə edilib.

Dövlət katibi Blinkenin BƏƏ-nin Xarici işlər naziri Abdullah bin Zayed ilə görüşündə isə Fələstində davam edən zorakılığı dayandırmaq məsələsi müzakirə edilib.(teleqraf)