29 Aprel 2024
ABŞ hərbi bazası vuruldu – Hücumda İran detalı

ABŞ hərbi bazası vuruldu – Hücumda İran detalı

31 May 2022
Baxış: 489

İraqın Ənbar şəhərində ABŞ hərbçilərinin yerləşdiyi Ayn əl-Əsəd hava bazasına raket zərbəsi endirildiyi iddia edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bazanın iki raketlə vurulduğu bildirilib.

Məsələ ilə bağlı ABŞ və ya İraq rəsmiləri tərəfindən hələlik heç bir açıqlama verilməyib.

Dünən isə ABŞ-ın Suriyadakı hərbi bazası ətrafında raket zərbələri endirilmişdi.

Hücumların İranın dəstəklədiyi terrorçu qruplaşmaların yerləşdiyi ərazilərdən edildiyi deyilirdi.(teleqraf.com)