28 Aprel 2024
ABŞ Dövlət katibi Yerusəlim və Ramallahdakı görüşlərindən DANIŞDI

ABŞ Dövlət katibi Yerusəlim və Ramallahdakı görüşlərindən DANIŞDI

27 May 2021
Baxış: 602

ABŞ Dövlət katibi Entoni Blinken İsrail Baş naziri Binyamin Netanyahu və Fələstin hökümətinin başçısı Mahmud Abbasla danışıqları məhsuldar adlandırıb.

AJMEDİA.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə o, mayın 25-dəYaxın Şərqə səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

"Yerusəlim və Ramallahda çox məhsuldar bir gün keçirdik. Bu görüşlər zamanı bütün tərəflərdən son münaqişəni dayandırmaq üçün vəziyyətə reaksiya verərək müəyyən addımların atılmasının lazım olduğu haqda ümumi anlaşma eşitdim", - E.Blinken deyib.

Bildirilir ki, dövlət katibinin mayın 27-dək Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullah ilə Qəzza zolağında atəşkəsin möhkəmləndirilməsi imkanlarını müzakirə etmək üçün danışıqlar aparması da planlaşdırılır.