28 Aprel 2024
ABŞ dövlət katibi İsrailə səfər edəcək - VAXT AÇIQLANDI

ABŞ dövlət katibi İsrailə səfər edəcək - VAXT AÇIQLANDI

24 May 2021
Baxış: 517

ABŞ dövlət katibi Entoni Blinken Qəzzada imzalanmış atəşkəsə əməl olunmasını təftiş etmək üçün mayın 26-da İsrailə, 27-də də Fələstinə səfər edəcək.

AJMEDİA.info xəbər verir ki, Dövlət Departamentinin verdiyi açıqlamaya görə diplomat bu səfər zamanı “israillilər və fələstinlilər üçün daha gözəl gələcək inşa etmək üçün birgə görüləcək işlər”i müzakirə edəcək.

Həmçinin dövlət katibinin atəşkəslə bağlı vasitəçilik etmiş Misirə və qonşu İordaniyaya da səfər edəcəyi bildirilir.

Xatırladaq ki, mayın 10-da “Həmas” hərəkatının Qəzzada yerləşən qüvvələrilə İsrail ordusu arasında qarşılıqlı raket və artilleriya zərbələri başladı. Nəticədə Fələstində 243 nəfər, İsrail tərəfində isə 12 nəfər həlak olub. Mayın 21-də tərəflər arasında atəşkəs imzalanıb.