29 Aprel 2024
ABŞ-da İsrail və Fələstin tərəfdarları arasında TOQQUŞMA

ABŞ-da İsrail və Fələstin tərəfdarları arasında TOQQUŞMA

12 May 2021
Baxış: 609

Bu həftə Yaxın Şərqdə baş verən şiddətli hücumlardan sonra ABŞ-ın Nyu York şəhərində İsrail və Fələstin tərəfdarları arasında toqquşma baş verib.

AJMEDİA.info xəbər verir ki, Nyu York polisi bir-birinə fiziki güc tətbiq edən qrupları ayırmağa çalışıb.

Qeyd edilib ki, Fələstini dəstəkləyən daha böyük etirazçı qrup küçələrə çıxaraq yürüş keçirib. Təhlükəsizlik tədbiri olaraq, İsrailin şəhərdəki Konsulluğunun işçiləri evlərinə göndərilib.