29 Aprel 2024
ABŞ-da güclü yanğında beş nəfər ölüb

ABŞ-da güclü yanğında beş nəfər ölüb

13 Sentyabr 2021
Baxış: 423

ABŞ-ın Ohayo ştatının Akron şəhərində yerləşən fərdi yaşayış evlərinin birində baş verən yanğın zamanı beş nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

Bu barədə AJMEDİA.İNFO“Fox News”a istinadən xəbər verir.

Qeyd olunub ki, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Ehtimal olunur ki, onlar qohumdurlar. Məhkəmə tibbi ekspertizasının verdiyi məlumata görə, ölənlər arasında 3 uşaq da var.