28 Aprel 2024
ABŞ Bakını qoruyacağını BƏYAN ETDİ: İran generalı Azərbaycan və Ermənistanla sərhəd zonaya GETDİ

ABŞ Bakını qoruyacağını BƏYAN ETDİ: İran generalı Azərbaycan və Ermənistanla sərhəd zonaya GETDİ

24 Mart 2023
Baxış: 408

İranın Keşikçilər Korpusunun komandanı, general Sərdar Məhəmməd Pakpur Azərbaycan və Ermənistanla sərhəd zonaya səfər edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

General yüksək rütbəli hərbçi əsgərlərlə söhbət edib, onların döyüşə hazırlıq səviyyəsini və mənəvi hazırlığını qiymətləndirib.

“Müdafiə təhlükəsizliyi məsələsi soyuq, isti hava, bayram və iş günlərini bilmir. Mümkün qədər ayıq və hazır olmalıyıq. Həmişə bu məsələlərə diqqət yetirin”, - deyə o, qoşuna müraciət edib.

Xatırladaq ki, dünən Senatda dinləmələr zamanı ABŞ-ın dövlət katibi Entoni Blinken İranla sərhəddə mümkün münaqişə olacağı təqdirdə Vaşinqtonun Azərbaycanı qoruyacağını bəyan edib.(sfera.az)