29 Aprel 2024
“ABŞ-a zərbə endirilir, Rusiya-İran əməkdaşlığı başlayır...” - AÇIQLAMA

“ABŞ-a zərbə endirilir, Rusiya-İran əməkdaşlığı başlayır...” - AÇIQLAMA

23 May 2022
Baxış: 709

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov xarici kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrin birində İsrail dövləti və yəhudi millətinə qarşı qəbuledilməz fikirlər səsləndirib. Bu çıxışın məqsədyönlü şəkildə, məhz İsraillə münasibətlərin gərginləşdirilməsi məqsədi ilə edildiyi məlum olub.


AJMEDİA.İNFO xəbər verir ki, mövcud çıxışla bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Rusiyanın ABŞ-a arxadan zərbə endirdiyini deyib:


“Rusiya Suriyada İsrailə geniş imkanlar verdiyini hiss edərək onun əl-qolunu bir qədər bağlamaq qərarına gəlir. Beləliklə, Lavrovun “təhqir diplomatiyası” işə başlayır. Təcrübəli diplomatın istifadə etdiyi metod istənilən nəticəni verdi və Rusiya-İsrail münasibətləri ciddi şəkildə zədələndi. Bununla da hadisədən sonra Rusiyanın Suriyada mövqelərini möhkəmləndirilməsinin və İsrail qırıcılarına qarşı hücumunu məntiqi izahına şərait yarandı.


Rusiyanın Suriyada İsrailə qarşı atdığı addımı onun Amerika Birləşmiş Ştatlarının mövqeyinə arxadan vurulan zərbə kimi də qiymətləndirmək olar. Hamıya məlumdur ki, ABŞ qoşunlarını Yaxın Şərq regionunda azaltmaqla heç də oranı birdəfəlik tərk etmək məqsədi güdmür. İsrail eyni zamanda ABŞ-ın yerinə yetirdiyi funksiyanı burada həyata keçirir. Rusiya isə İsrailin hava hücumlarının qarşısını almaqla ABŞ-ın maraqlarını təhlükə altına salır”.


Politoloq Rusiyanın İranla əməkdaşlığa başladığına diqqət çəkib:


“Rusiyanın İsrail qırıcılarına qarşı əməliyyatlara başlaması İran faktoru ilə də əlaqələndirilə bilər. Çünki əldə edilən məlumatlara əsasən, Rusiya Suriyadakı bazalarında olan hərbçilərindən Ukrayna cəbhəsində istifadə etmək üçün onları geri qaytarır. Boş qalan mövqelər isə İran hərbçiləri tərəfindən tutulur. İran hərbçiləri isə İsrail qırıcı təyyarələrinə qarşı effektiv müdafiə həyata keçirə bilmir. Deməli, ruslar buraxıb getdikləri mövqelərdə yerləşən İran hərbi qüvvələrini İsrail hücumundan qorumaq üçün S-300 –lərini İsrail qırıcılarına qarşı çeviriblər.


Rusiyanın bu addımı İran Silahlı Qüvvələri ilə əməkdaşlıqda yeni səhifənin açıldığına işarə edir. Rusiya ABŞ və onun maraqlarına qarşı dünyanın istənilən yerində və istənilən qüvvə ilə birlikdə mübarizə aparmaqda israrlı olduğunu qarşıya qoyur”.