29 Aprel 2024
8 Martla bağlı valideynlərə ÇAĞIRIŞ: “Lazımi tədbirlər görüləcək"

8 Martla bağlı valideynlərə ÇAĞIRIŞ: “Lazımi tədbirlər görüləcək"

06 Mart 2024
Baxış: 726

"Müəllim ordumuzun yarısından çoxunu qadınlar təşkil edir. Qarşıdan gələn 8 Mart - Beynəlxaq Qadınlar Günü münasibəti ilə hər birini təbrik edirəm".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media nümayəndələri üçün təşkil olunmuş brifinqdə deyib.

E.Bağırov 8 Mart bayramı ilə bağlı valideynlərə çağırış edib:

"Müəllim adı bizim üçün çox vacibdir. Bunu qorumaq da hər birimizin üstünə düşür. Bir daha çağırış etmək istərdik ki, müəllimlərimizin fəaliyyətinə verilən əsas dəyər onların şagirdlərinin nəticələri, şagirdlərinin ifadə etdiyi təşəkkürdür. Bununla məhdudlaşsaq, heç kimi narazı salmarıq. Digər neqativ hallarla bağlı daxil olan şikayətləri araşdırırıq. Bu tipli hadisələrlə bağlı sosial şəbəkələrdə də xəbərlər görürük, reaksiyamız gecikməyəcək, lazımi tədbirlər görüləcək".(sfera.az)