27 Aprel 2024
2 milyonluq daşlarla bəzədilmiş "Lamborghini" ilə şəhərin mərkəzində qəzaya düşən "qlamurka" kimdir? - FOTOLAR

2 milyonluq daşlarla bəzədilmiş "Lamborghini" ilə şəhərin mərkəzində qəzaya düşən "qlamurka" kimdir? - FOTOLAR

23 Noyabr 2021
Baxış: 791

Britaniyalı jurnalistlər London küçələrinin birində moldovalı Darya Radionovaya məxsus qəzalı avtomobilini aşkarlayıblar. Söhbət 2 milyon kristalla bəzədilmiş bahalı “Lamborghini Aventador LP750-4 SuperVeloce” markalı avtomobilindən gedir.

AJMEDİA.İNFO-nun məlumatına görə, “The Sun” yazır ki, maşın dayanarkən arxadan çırpılıb.

“Avtomobilin qiymətli daşlarla bəzədilməsi prosesi 700 saatdan çox davam edib, işi Londondakı “Cars in Cloaks” sexinin işçiləri həyata keçirib. Bəlkə mən hər şəkil üçün 1 funt sterlinq alım? Onda mən milyarder olardım”, - Darya Radionova İnstaqramda onun dəbdəbəli avtomobilinin şəklini çəkmək üçün toplaşan insanlarla şəkli təsvir edərək yazıb.

Qırılan “Lamborghini”-ni təmir etmək üçün nə qədər pul tələb olunduğu haqda düşünmək belə çətindir. Lakin, bu varlı qadın üçün bu problem deyil.

(Virtualaz.org)