28 Aprel 2024
1075 il həbs cəzası alan təriqət lideri Adnan Oktarın həbsxanadan yeni görüntüsü yayıldı - FOTO

1075 il həbs cəzası alan təriqət lideri Adnan Oktarın həbsxanadan yeni görüntüsü yayıldı - FOTO

22 İyul 2022
Baxış: 411

Türkiyə Məhkəməsi tərəfindən 1075 il həbs cəzası alan Adnan Oktarın həbsxanadan yeni görüntüsü yayılıb.

AJMEDİA.İNFO xəbər verir ki, saçı və saqqalı uzanmış formada olan Adnan Oktarın fotosunu "kedicik"lərindən biri olan Yasemin Ayşe Kiriş paylaşıb.

Məhkum olduğu Ədirnə həbsxanasına girdiyi gündən saç və saqqallarını uzadan A.Oktarın eyni rəngdə yaşıl naxışlı köynəyi və gödəkçəsi də diqqət çəkib. Onun arıqlaması da müzakirə edilib.

Qeyd edək ki, Adnan Oktara qarşı 2018-ci ildə İstanbul Respublika Baş Prokurorluğu tərəfindən əməliyyat təşkil olunmuşdu. Əməliyyat zamanı Adnan Oktar da daxil olmaqla 175 nəfər həbs edilmişdi.

Ona qarşı cinayət törətmək məqsədilə təşkilat qurulması, uşaqların cinsi istismarı, cinsi təcavüz, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə, uşaqların qaçırılması və saxlanılması, şantaj, siyasi və hərbi casusluq, dini inanc və duyğuların istismarı kimi 30 ayrı maddə üzrə cinayət işi açılmışdı.