Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub
dünən 18:41Yol polisi bilmədən nazirin maşınını saxladı - VİDEO
07 Fevral 2025 15:30 | Baxış sayı: 377
Türkiyənin Nəqliyyat v və İnfrastruktur naziri Abulkadir Uraloğlu tikintisi başa çatan yolun açılışına gedərkən xidməti avtomobilini özü idarə edib. Yolda onu saxlayan polis əməkdaşı naziri tanımayıb. Uraloğlu ilə jandarma arasında yaşanan dialoq maraq doğurub.
AJMEDİA.İNFO xəbər verir ki, türkiyəli nazir Uraloğlu açılış mərasimi üçün bölgəyə yollanıb və sükan arxasında özü olub. Yolda jandarma nəzarətinə düşən nazirin avtomobili saxlanılıb.
Nazirə yaxınlaşan jandarma əməkdaşı əvvəlcə onu tanımayıb. Uraloğlu, "Yolun açılışını edəcəyik, icazə versəniz," deyə bildirib.
"Buyurun, keçə bilərsiniz" cavabını verən jandarma əməkdaşı daha sonra qarşısındakının nazir olduğunu anlayıb. Uraloğlu ilə jandarma arasındakı səmimi dialoq gülüş doğurub.(milli.az)