Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
8 saat əvvəlXankəndidə separatçıların yuvası SÖKÜLÜR - VİDEO
12 Mart 2025 14:42 | Baxış sayı: 436
Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür.
AJMEDİA.İNFO xəbər verir ki, söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib.
O qeyd edib ki, sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər.
"Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək", - deyə A.Telmanqızı bildirib.