Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub
dünən 18:41“Trampın sülh planı yoxdur” - Zelenski
07 Fevral 2025 15:54 | Baxış sayı: 379
"ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı hələlik rəsmi planı yoxdur".
AJMEDİA.İNFO xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.
O əlavə edib ki, potensial planla bağlı mətbuatda çoxlu məlumatlar yayılacaq. Bu, reallıqla qismən üst-üstə düşə bilər, lakin əksər hallarda uyğun gəlmir.
"Nəşrlərdə nələr var... Əminəm ki, bu, prezident Trampın rəsmi planı deyil. Gəlin, rəsmi danışıqlarımızı və rəsmi nəticələri gözləyək", - deyə Zelenski bildirib.
O, həmçinin qeyd edib ki, konkret məsələlər hələ Trampın andiçmə mərasimindən əvvəl Amerika tərəfi ilə müzakirə olunub.