Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
7 saat əvvəlSumqayıt körpüsü bu tarixdə istifadəyə veriləcək
11 Mart 2025 15:32 | Baxış sayı: 271
Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri yekunlaşmaq üzrədir.
AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, körpünün martın sonu - aprelin əvvəli istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, artıq piyadalar körpü üzərindən hərəkət edirlər.
Xatırladaq ki, 1970-ci ildə inşa edilən körpü qəzalı vəziyyətdə olduğu üçün ötən ilin dekabrında sökülüb. Yeni körpünün tikintisi üçün 9 milyon 960 min manat vəsait ayrılıb.