16 Mart 2025
Sahil Babayevin yerinə gətirilən Anar Əliyev kimdir? - DOSYE

Sahil Babayevin yerinə gətirilən Anar Əliyev kimdir? - DOSYE

Sahil Babayevin yerinə gətirilən Anar Əliyev kimdir? - DOSYE

07 Fevral 2025 16:24 | Baxış sayı: 332

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Anar Rəhim oğlu Əliyev 7 fevral 2025-ci il tarixindən etibarən əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilib.


AJMEDİA.İNFO xəbər verir ki, A. Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavr dərəcəsini alıb, 2002-ci ildə həmin ixtisas üzrə magistratura təhsilini başa vurub, 2006-cı ildə isə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.


Peşə fəaliyyətinə 2000-ci ildə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclas katibi kimi başlayan Anar Əliyev 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyində Hüquq şöbəsinin baş məsləhətçisi, 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb. O, 2016-cı il 3 fevral tarixli fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının üzvü təyin edilib və 2018-ci ilə qədər bu vəzifədə fəaliyyət göstərib.


2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nazir müşaviri – Nazirlik Aparatının rəhbəri kimi fəaliyyətə başlayan A. Əliyev 4 fevral 2024-cü ildən 7 fevral 2025-ci ilədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsini icra edib.


Ailəlidir, iki övladı var.