Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
7 saat əvvəlSabah bu yol bağlı olacaq - Sürücülərin NƏZƏRİNƏ!
11 Mart 2025 15:50 | Baxış sayı: 278
Sabah saat 9:00-dan 23:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti sözügedən küçənin Abbas Səhhət küçəsindən Hənifə Ələsgərov küçəsinədək olan hissəsində tam məhdudlaşdırılacaq.
Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.