Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
7 saat əvvəlSabah 23 dərəcə isti olacaq - HAVA PROQNOZU
11 Mart 2025 12:35 | Baxış sayı: 279
Milli Hidrometeorologiya Xidməti martın 12-də gözlənilən hava şəraitini açıqlayıb.
AJMEDİA.İNFO xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.