29 Aprel 2025
Putin və Trampın görüş yeri açıqlandı

Putin və Trampın görüş yeri açıqlandı

Putin və Trampın görüş yeri açıqlandı

13 Fevral 2025 15:12 | Baxış sayı: 414

Rusiya Prezidenti Vladimir Putin və amerikalı həmkarı Donald Trampın görüşü Səudiyyə Ərəbistanında baş tuta bilər.

AJMEDİA.İNFO xəbər verir ki, danışıqların mümkün yeri ilə bağlı Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini, deputat Vyaçeslav Nikonov "Shot"a müsahibəsində bildirib.

Bundan əvvəl Tramp da Putinlə Səudiyyə Ərəbistanında görüşmək istədiyini bildirmişdi. Həmçinin, amerikalı lider Rusiya prezidentinin ABŞ-a səfərini gözlədiyini qeyd edib.

Qeyd edək ki, fevralın 12-də Putin və Tramp arasında bir saatdan çox davam edən telefon danışığı olub. Dövlət başçıları Ukraynadakı vəziyyətin həlli yollarını, Yaxın Şərq gündəmini, İranın nüvə proqramını və ikitərəfli iqtisadi əlaqələrin inkişafını müzakirə ediblər. Bundan əlavə, Rusiya lideri həmkarını Moskvaya dəvət edib