Donald Trampın şəxsi nümayəndəsi Stiv Uitkoff Moskvadan birbaşa Bakıya uçub
dünən 18:41Polisin cərimələdiyi VƏZİFƏLİ ŞƏXS KİMDİR? - ƏTRAFLI
12 Aprel 2023 08:07 | Baxış sayı: 420
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Masallıda vəzifəli şəxsi cərimələyib.
AJMEDİA.İNFO nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-də Masallı şəhərində su obyektlərinin mühafizəsi qaydalarının pozulması, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə Masallı şəhər Bələdiyyəsinin sədri, şəhər sakini A.Baxışov barəsində protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.