Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
7 saat əvvəlPaşinyanın Şuşadakı eyş-işrət iqamətgahı - VİDEO
11 İyun 2024 07:44 | Baxış sayı: 473
İşğaldan azad olunan Şuşa şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyan 4 mərtəbəli iqamətgah inşa etdiribmiş.
AJMEDİA.İNFO xəbər verir ki, Baş nazir həmin iqamətgahı rəsmi qonaqlarla işgüzar görüşdən sonra istirahət etmək məqsədilə tikdirib. İqamətgah Şuşanın ən əzəmətli yerindəki meşə zolağında ucaldılıb. Hektarlarla meşə sahəsini zəbt edən Paşinyan qonaqlarını Şuşaya dəvət edərək orada kef məclisi qururmuş. Malikanənin içərisində və həyətində istirahət etmək üçün yay və qış hovuzları, sauna, yay mətbəxi var. İqamətgahın 3 mərtəbəsi yerin üstündə, 1 mərtəbəsi isə yerin altında yerləşir. Yeraltı mərtəbədə idman qurşuları, sauna ilə yanaşı xüsusi sığınacaq otaqları da inşa edilib. Məlumata görə, Azərbaycanın öz torpaqlarını alacağına əmin olan Paşinyan həmin sığınacaq otaqlarını gizlənmək məqsədi ilə inşa etdiribmiş.
İqamətgahın görüntülərini təqdim edirik: