Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
34 dəqiqə əvvəlNetanyahu müharibəni dayandırmaq üçün şərtini AÇIQLADI
07 Fevral 2025 14:31 | Baxış sayı: 462
İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin HƏMAS hərəkatının liderləri sürgünə göndərildiyi təqdirdə, Qəzza zolağında müharibəni dayandırmağa hazır olduğunu açıqlayıb.
AJMEDİA.İNFO xarici mediaya istinadla xəbər verir ki, Netanyahu Vaşinqtona səfəri zamanı HƏMAS-ın hakimiyyətdən imtina edəcəyini və liderlərinin sektoru tərk edəcəyini bildirib.
Bu şərtlə İsrail daha çox fələstinli məhbusu azad etməyə hazır olduğunu bildirib. Netanyahu HƏMAS-ın liderlərinin sürgünə getməsini və Qəzzada hakimiyyətdən imtina etməsini tələb edəcək.
Lakin, HƏMAS liderlərinin sürgünə razılaşması ehtimalı azdır.