17 Mart 2025
“Münaqişə bitdikdən sonra İsrail Qəzzanı ABŞ-yə təhvil verəcək” – Tramp

“Münaqişə bitdikdən sonra İsrail Qəzzanı ABŞ-yə təhvil verəcək” – Tramp

“Münaqişə bitdikdən sonra İsrail Qəzzanı ABŞ-yə təhvil verəcək” – Tramp

07 Fevral 2025 09:00 | Baxış sayı: 506

Anklavda hərbi əməliyyat bitdikdən sonra İsrail Qəzza zolağına nəzarəti ABŞ-yə təhvil verə bilər.
AJMEDIA.INFO
xəbər verir ki, Amerika Prezidenti Donald Tramp bu təkliflə “Truth Social” sosial şəbəbkə heabında çıxış edib.

O, fələstinlilərin regionda daha təhlükəsiz və daha gözəl yerlərə köçürüləcəyini, həmçinin daha yeni və daha müasir evlərə yerləşdiriləcəyini bildirib.

Tramp həmçinin bildirib ki, ABŞ-nin Qəzzanın mümkün yenidən qurulması bəşər tarixində ən böyük və ən təsirli layihə ola bilər.

Onun sözlərinə görə, fələstinlilərin həqiqətən də təhlükəsiz yaşamaq, xoşbəxt və azad olmaq şansı olacaq.

“Belə olan halda Amerika əsgərlərinə ehtiyac qalmayacaq və regionda sabitlik hökm sürəcək”, - Tramp iddia edib.