Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
5 saat əvvəlMərkəzi Bankdan uçot dərəcəsi ilə bağlı QƏRAR
12 Mart 2025 11:48 | Baxış sayı: 984
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.
AJMEDİA.İNFO bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, 7,25 % 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.
"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.", - deyə AMB bəyan edib.
Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə aprelin 23-də açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.