Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
4 saat əvvəlMagistraturaya qəbul nəticələri bu tarixdə AÇIQLANACAQ - RƏSMİ
01 İyul 2024 09:50 | Baxış sayı: 470
2024/2025-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq üçün keçirilən ixtisaslaşma seçimi başa çatıb.
Bəs magistraturanın ixtisas seçiminin nəticələri neçə gün ərzində açıqlanacaq?
AJMEDİA.İNFO xəbər verir ki, Sfera.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, cavabların 3 iyul tarixinə qədər açıqlanması nəzərdə tutulur.
“Nəticələr seçim başa çatandan 3 gün sonra elan olunur”, - DİM-dən bildirilib.
Nəticələr elan olunduqdan sonra isə 5-15 iyul aralığı elektron qaydada qeydiyyatın aparılması gözlənilir
Qeyd edək ki, hazırda 15796 plan yeri uğrunda 15660 nəfər (Azərbaycan bölməsi - 14381 ; rus bölməsi - 1278) mübarizə aparır.