Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
6 saat əvvəlMagistr olmaq istəyənlərin NƏZƏRİNƏ!
22 Aprel 2024 09:47 | Baxış sayı: 440
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) 28 aprel 2024-cü il tarixində keçiriləcək.
Bu barədə AJMEDİA.İNFO-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.
Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.