Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
2 saat əvvəl“İsrail Suriyanın beynəlxalq hava limanına raket zərbələri endirdi”
13 Fevral 2024 21:01 | Baxış sayı: 583
“Bazar ertəsi İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 taktiki qırıcısı Suriyanın Nairab beynəlxalq hava limanına qanadlı raket zərbələri endirib”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Müharibə edən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini, kontr-admiral Vadim Kulit deyib.
Bildirilir ki, nəticədə hava qovşağının üç mülki əməkdaşı yaralanıb:
“Fevralın 12-də saat 11:37-dən 11:49-dək İsrail Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 taktiki qırıcısı Livan ərazisindən Suriya hava məkanına daxil olmadan Hələb əyalətindəki Nairab beynəlxalq hava limanına iki qanadlı raketlə hava zərbəsi endirib. Hadisə nəticəsində hava limanında 3 mülki işçi yaralanıb”.