Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
8 saat əvvəlİsrail prezidentindən Dağıstanda baş verən iğtişaşlara REAKSİYA
31 Oktyabr 2023 12:24 | Baxış sayı: 641
“Oktyabrın 28-də Mahaçqala hava limanında baş verən iğtişaşlar açıq-aşkar və idarəolunan antisemitizmdir”.
AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq deyib.
“Bu, bütün hökumətləri narahat etməlidir, bu, açıq-aşkar antisemitizmdir və əlbəttə ki, bunu idarə edənlər var… Bu, iğtişaş kimi görünürdü. Tanrıya şükürlər olsun ki, hakimiyyət sonda bunun qarşısını aldı”, - deyə Hersoq Dağıstandakı iğtişaşları şərh edərkən bildirib.
O, bu hadisələrin şok və narahatedici olduğunu da qeyd edib.
Mənbə: Die Welt