29 Aprel 2025
İsrail Livanla atəşkəs üçün bu şərti irəli sürüb - “Financial Times”

İsrail Livanla atəşkəs üçün bu şərti irəli sürüb - “Financial Times”

İsrail Livanla atəşkəs üçün bu şərti irəli sürüb - “Financial Times”

28 Noyabr 2024 11:55 | Baxış sayı: 416

İsrail-Livan arasında atəşkəs razılaşmasının əldə olunduğu bir vaxtda ABŞ administrasiyası İsrailə 680 milyon dollarlıq yeni silah satışına razılıq vermək üzrədir.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Financial Times” qəzeti Konqresdəki mənbələrə istinadən məlumat verib. Xəbərdə bildirilir ki, ABŞ rəsmiləri Konqresə minlərlə hücum sursatının İsrailə göndərilməsini nəzərdə tutan sənədin qəbul ediləcəyi barədə qeyri-rəsmi məlumat veriblər. Sənəd ABŞ-ın İsrailə yüzlərlə bombanın tədarükünü nəzərdə tutur.


Xəbərdə deyilir ki, İsrail baş naziri Binyamin Netanyahu bu silahların verilməsini İsrail-Livan atəşkəsi üçün şərt kimi irəli sürüb. Bayden silah satışına razılıq verəndən sonra İsrailin atəşkəs müqaviləni imzaladığı iddia edilib.