Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
12 saat əvvəlHƏMAS-ın növbəti azad edəcəyi girovlar İsrail, ABŞ və Fransa vətəndaşlarıdır
31 Yanvar 2025 16:44 | Baxış sayı: 457
Fələstin HƏMAS hərəkatı fevralın 1-də İsrail vətəndaşı Yarden Bibas, ABŞ pasportunun sahibi Kit Siqal və Fransa vətəndaşı Ofer Kalderonu azad edəcək.
AJMEDİA.İNFO-nun məlumatına görə, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı - "İzzəddin əl-Qəssam Briqadaları" qruplaşmasının nümayəndəsi Əbu Ubeydə özünün "Telegram" kanalında dərc edib.
"İsraillə mübadilə sazişi çərçivəsində fevralın 1-də Ofer Kalderon, Kit Siqal və Yarden Bibası azad etmək qərarına gəldik", - deyə o yazıb.
Xatırladaq ki, dünən HƏMAS İsraillə atəşkəs sazişi şərtlərinə əsasən azad edilən üç İsrail girovunu və beş Tailand vətəndaşını Qəzzada Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarına təhvil verib.