Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
7 dəqiqə əvvəlErmənistan Fransadan silah alır - Sazişlər bu gün bağlanacaq
22 Oktyabr 2023 05:10 | Baxış sayı: 659
Fransa və Ermənistan İrəvan tərəfindən fransız silahlarının alınmasına dair razılaşmalar formalaşdırmaq niyyətindədirlər.
AJMEDİA.İNFO “Le Parisien”ə istinadla xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornu bildirib.
Nazir qeyd edib ki, Ermənistan öz əhalisini qorumalı, sərhədlərinin təhlükəsizliyini təmin etməlidir:
“Bazar günü Ermənistan Respublikasının fransız istehsalçılarından müəyyən miqdarda silah almasını rəsmiləşdirəcəyik”.
O qeyd edib ki, söhbət xüsusilə Ermənistan Respublikasının hava məkanını qoruyacaq müqavilənin imzalanmasından gedir.