Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
3 saat əvvəlErmənistan Fransa ilə yeni hərbi saziş imzaladı
18 İyun 2024 05:08 | Baxış sayı: 790
Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya işgüzar səfəri çərçivəsində iyunun 17-də Ermənistan Müdafiə Nazirliyi ilə Fransanın “KNDS” hərbi-sənaye şirkəti arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, digər hərbi-texniki vasitələrlə yanaşı, "KNDS" şirkəti Ukraynaya da göndərilən "Caesar" özüyeriyən haubitsalar istehsal edir.
Xatırladaq ki, bundan əvvəl Fransa Senatı Ermənistana tez bir zamanda Sezar təyyarələrinin verilməsi məsələsinə baxmağa çağırmışdı. Musavat.com