Mərkəzi Bankdan “Bakı Kart”a qarşı TƏDBİR
10 saat əvvəlCeyhun Bayramov İsrailin müdaiə naziri ilə görüşdü – Fotolar
29 Mart 2023 13:52 | Baxış sayı: 648
İsraildə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin müdafiə naziri Yoav Qalantla görüşüb.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Y.Qalant tvitter hesabında paylaşım edib.
“Azərbaycanın xarici işlər naziri ilə görüşmək çox xoş idi. Ceyhun Bayramov ilə ölkələrimiz arasında sıx əlaqələri müzakirə etdik. Mən səfirliyin açılmasını həm müdafiə, həm də mülki sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün ilk addım kimi alqışladım”, - paylaşımda bildirilib.
İsrailin Azərbaycandakı səfiri Corc Dik də nazirlərin görüşü barədə paylaşım edib.
O bildirib ki, görüşdə nazirlər strateji əlaqələrin genişləndirilməsini müzakirə ediblər.
Yeniavaz.com